
Ölkəmizdə son 30 ildə yaşıllıqlar kütləvi şəkildə məhv edilib.Azərbaycanda bu işə nəzarət etməli dövlət qurumları susaraq talanan yaşıllıqlar hesabına əsassız olaraq varlanıblar.
Son 2 ya 3 ildir ki, ölkə üzrə yeni mafiya peyda olub.Ov əti satışı ilə məşğul olan, qanunsuz olaraq ov həyata keçirən bir neçə dəstə.Bəli, bunlar ölkənin bütün adlı-sanlı restoranlarını,hətta zakaz verən məmur və milyonçuları ilin bütün fəsillərində ov əti ilə təmin edirlər.
Şahdağ milli parkının İsmayıllı rayonu ərazisində yerləşən hissəsində il boyu yüzlərlə qaban,ayı, cüyür,maral,dağ keçisi,dağ kəli və meşə keçisi ovlanaraq əti satışa göndərilir.Artıq ov əti biznesi çox adamları varlandırıb.
Bu biznesdən əldə olunan gəlir ekologiya və təbii sərvətlər nazirliyinin mötəbər şəxslərinə,6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Akif Məmmədovun,onun müavinləri Ziya, Nəriman, Şahdağ milli parkının müdiri Cəlil və müavini Rafael Musayevin cibinə gedir.
Ölkəmizin təbii sərvətlərinin bir qrup harın mafyoz tərəfindən yağmalanmasına çox təəssüf ki, hüquq-muhafizə orqanları göz yumur.
Bu hal Şamaxı, İsmayıllıdan başlayaraq düz Balakən dağlarına,meşələrinə kimi gedib çıxır.Sadəcə ən böyük soyqırım Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında həyata keçirilir.Əsas mərkəz isə İsmayıllı rayonu ərazisidir.İsmayıllı Şahdağ milli parkının əməkdaşlarının hamısı brakonerliklə məşğuldur.Güya rəsmilərin bundan xəbəri yoxdur?
Xahiş edirik ki, dövlət qurumları təcili olaraq bu məsələyə reaksiya versinlər.
