Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünyanın ən məşhur serialında Azərbaycana qarşı açıq təhdid - Görün nə etdilər (VİDEOFAKT)

ABŞ-ın FOX kanalı tərəfindən yayımlanan və son illərin ən çox gözlənilən filmi "The Clening Lady" serialında Azərbaycana qarşı təxribat törədilib.
Rejissorluğunu Marisol Adler, Milan Chevlv ve Stevvenn Depaulun üstləndiyi serialın ilk 10 bölümü 3 yanvar 2022-ci ildə yayımlanıb.
Serialın əsas mövzusu mafia və bir qadının bu mafiaya açıq savaş açmasına həsr edilib.
Maraqlı olan məqam isə, serialın bölümlərinin birində Azərbaycana qarşı açıq təhdid ifadə edən fikirlərin səslənməsidir. 
AZXEBER.COM-un araşdırması onu göstərir ki, serialın üçüncü bölümündəki bir səhnə açıq şəkildə Azərbaycana təhdid içəriklidir. 
Belə ki, səhnədə erməni lobbisinin ABŞ-dakı əsas təmsilçilərindən biri çıxış edərək, oğluna səslənir. O, vətənin (red: Ermənistanın) bölündüyünü və oğlunu Qarabağı Azərbaycandan almaq üçün erməni ordusuna göndərdiyini açıqlayır.
Qeyd edək ki, serial son illərin ən çox gözlənilən ekran işlərindən biridir.
Onu da əlavə edək ki, bu "FOX" kanalının ölkəmizə qarşı birinci qərəzli münasibəti deyil.  
 
.  
 

 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də