Azərbaycan atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində keçirilən "World Indoor Tour" (Gold Level) turnirində gümüş medal qazanıb.
Üç təkanla tullanma növündə mübarizə aparan idmançı 16,76 metr nəticə göstərib.
Fəxri kürsünün ikinci pilləsinə qalxan Babayev qələbəsini anlamlı jestlə qeyd edib. O, Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli Qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qalibiyyəti onlara həst etdiyini göstərib.
Turnirdə birinci yeri yunanıstanlı Andreas Pantazis (16,79 m) tutub. Almaniyalı Maks Hess isə 16,71 metr göstərici ilə 3-cü olub.(report.az)
Xəbəri paylaş