İsmayıllıda ötən il 118 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib
2021-ci il ərzində İsmayıllı rayonunda 118 milyon 259,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da 2020-ci ilə nisbətən 6,8 milyon manat çoxdur. Bu barədə 28 yanvar tarixində Rayon Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
İstehsal edilən məhsulların 54,7%-i bitkiçilik sektoruna, 45,3%-i isə heyvandarlıq sektoruna aiddir. 2020-ci ilə nisbətən bitkiçilik məhsullarının istehsalı 8,2%, heyvandarlıq məhsullarının istehsalı isə 3,7% artıb.
Bütün bunlar saxta statistika əsasında hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir.Hələ sabiq icra başçısı Mirdamət Sadıqovun, Nizami Ələkbərovun dövründə belə saxta, şişirdilmiş statistikaları cəmiyyətə sırımaqla rayon haqqında mərkəzi hakimiyyətdə xoş fikirlər yaratmağa çalışırdılar.Əslində isə İsmayıllıda iş yerləri yoxdur, insanlar səfalət içərisində boğulur.Bürokratiya, məmur özbaşınalığı və sair tüğyan edir.İsmayıllıda inkişaf edən yalnız yeni-yeni yalanlar, reklam xarakterli tədbirlər və hər gün artan narazılıqdır.Yuxarıda qeyd edilən rəqəmlər isə tamamilə saxtadır.