Azərbaycanın tanınmış idmançısı Gözəl Zutova qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Qaynarinfo-ya bildirib ki, Gözəl Zutovanın qarət olunması ilə bağlı araşdırmalara başlanılıb. Elşad Hacıyevin sözlərinə görə, idmançıya məxsus əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.
DİN-nin sözçüsü deyib ki, həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olacaq: "Bu barədə Gözəl Zutova ilə əlaqə saxlanılaraq məlumatlandırılıb".