Gəncədə erməni terroruna məruz qalmış tələbənin təhsil haqqı universitet hesabına ödəniləcək. Bu haqda 22 yanvar tarixində Azərtac-a istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru Akif Süleymanov valideyn və tələbələri qəbul edib. Burada 10-a yaxın şəxs iştirak edib. Tədbirdə akademik borc, işlə təminat kimi məsələlərlə bağlı müraciətlər olub. Məsələlərin həlli üçün müvafiq göstərişlər verilib.
Valideynlərdən biri Ramiz Ağayev 2020-ci il 17 oktyabr tarixində Gəncəyə olan raket hücumu zamanı bütün ailə üzvlərinin yaralandığını, birinin isə şəhid olduğunu bildirib. O, övladı, UTECA-nın dizayn ixtisasının 3-cü kurs tələbəsi Gülçin Ağayevanın təhsil haqqının universitet hesabına ödənilməsini xahiş edib.
Rektor bu məsələ ilə bağlı göstəriş verib. O, tələbəyə hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.
Xəbəri paylaş