Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi






Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov vəfat edib.

Milli Qəhrəman noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində yol qəzası keçirib. Ağır xəsarət alan Milli Qəhrəman əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Məhəmməd Həsənov 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulub. 1966-1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil alıb. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. Sonra isə Kiyev şəhərinə gedib. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olub. 1984-cü ildə buradakı "Kommunist" zavoduna işə qəbul edilib. 1987-ci ildə Vətənə qayıdıb və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyir.

Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunub. Məhəmməd Həsənovun döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçib. 

Məhəmməd Həsənov batalyon komandiri və döyüşçü kimi Goranboy rayonunun Ağcakənd bölgəsinin və keçmiş Ağdərə rayonunun erməni işğalçılarından azad olunmasında böyük rol oynayıb.

1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra M.Həsənov "N" saylı hərbi hissədə xidmətini davam etdirib. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi. 

2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləyib. Son vaxtlar təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışırdı.

Ailəlidir, dörd övladı var.

Allah rəhmət eləsin!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də