Gəncədə təxminən 200 ailənin yaşadığı ərazidə həftəsonu bir mikroavtobus fəaliyyət göstərir. Bu haqda Gencexeber.az-a yanvarın 21-i məlumat daxil olub.
Gəncə Cihazqayırma Zavodunun yanında sakinlərin adlandırdıqları “təzə yaşayış massivi” yerləşir. Sözügedən və ətraf ərazidə təxminən 200 ailə yaşayır. Orada iki “QAZ” (Qazel) markalı aztutumlu mikroavtobus işləyir.
Sakinlərin sözlərinə görə, mikroavtobuslar həftə içi 25 dəqiqə intervalla hərəkət edirlər. Şənbə-bazar günləri isə xəttə onlardan yalnız biri buraxılır. Bu səbəbdən avtobus 45 dəqiqədən bir gəlir.
Daha öncə, 10 nömrəli marşrut xətti üzrə yaşanan problemi işıqlandırmışdıq.
Xəbəri paylaş