Sosial şəbəkələrdə Xaçmazın icra hakimiyyətinin başçısı Elnur Rzayev, rayonda Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən, yerli sakinlər tərəfindən etiraz edilərək oradan qovulub.
RiaTV.az-ın məlumatına görə, dərdlərini demək üçün aylardı icra başçısının qəbuluna düşməkdə çətinlik çəkən rayon sakini Şəhidlər Xiyabanında icra başçısına bu şəkildə açıq etirazını bildiriblər, deyən yerli sakinlərdən biri bu barədə sosial şəbəkdə yazıb.
Yaranan narazılıdan qorxuya düşən icra başçısı, problemini neçə vaxdır anlatmaq istəyən bir neçə sakini qəbul edib, problemlərinin həll olunmasına köməklik göstərəcəyinə söz verib.
Qeyd edək ki, Xacmaz rayon icra başçısı Elnur Rzayevə sərt etiraz edən yerli sakinlər Vətən Müharibəsində Şəhid olan vətən övladlarının yaxınları olub.(anoloq.az)
Xəbəri paylaş