
Nazir general-polkovnik Vilayət Eyvazov 19 yanvar tarixində əmr imzalayıb. Sənədə əsasən, polis baş leytenantı Elşad Mehdiyev Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon polis İdarəsinin sahə rəisi vəzifəsindən azad olunub. O, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin tağım komandiri təyin olunub.