
20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar olaraq Kəlbəcər rayon 11 saylı məktəbin şagirdləri Nizami Gəncəvi Muzeyində olublar. Məktəblilər orada hüzn günü ilə əlaqədar şeirlər səsləndiriblər və səhnəcik nümayiş ediblər.
Qeyd edək ki, Gəncədə 20 Yanvar faciəsi ilə əlaqədar olaraq bir çox ümumtəhsil ocaqlarında və ali təhsil müəssisələrində şəhidlərin xatirəsi anılıb.