
"Ermənilər və azərbaycanlılar xoşbəxt xalqlardır” başlıqlı məqalədə Nikol Paşinyan 20 Yanvar hadisələrindən bəhs edib.
Bildirilir ki, həmin məqalədə Paşinyan “günahsız Azərbaycan-türk qurbanları” yazıb. 20 Yanvar hadisəsinin gunahkarı kimi keçmiş SSRİ imperiyasını gunahlandıran Paşinyan məqalənin sonunu aşağıdakı cümlə ilə bitirib:
“20 yanvarda mən də 1990-cı il Bakı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim. Başa düşürəm ki, Bakıda, Sumqayıtda, Şamuyanda, Fərqanədə, Adanada və 1915-ci ildə "qərbi Ermənistan"da baş verən qırğınların səbəbkarı eyni əldir”.
Qeyd edək ki, Ermənistan müxalifəti Nikol Paşinyanı 24 il əvvəl yazdığı bu məqaləyə görə sərt tənqid edərək, onu xəyanətdə ittiham edirlər.
