Gəncədə elektrik naqilləri dirəyi şam ağacının əhatəsində qalıb. Bu haqda Gencexeber.az-a yanvarın 15-i məlumat daxil olub.
Sözügedən hal şəhərin İsrafil Məmmədov küçəsinin Heydər Əliyev prospekti istiqamətində müşahidə edilir. Budaqları yaşayış evinin dam örtüyünə düşən şam ağacı elektrik naqilləri ötürücüsü dirəyinin başına kimi uzanıb.
Sakinlərin sözlərinə görə, ev sahibi Gəncə şəhər Yaşıllaşdırma İdarəsinə məlumat versə də, məsələ öz həllini tapmayıb.
RegionTV
Xəbəri paylaş