Gəncəli boksçu Azərbaycan çempionatının qalibi oldu
Tarix: 17-01-2022, 14:00Xəbərə baxış: 10176
Gəncəli boksçu Azərbaycan çempionatında qızıl medala yiyələnib. Bu haqda RegionTV.info-ya istinadən məlumat veririk. Finalda 71 kiloqram çəki dərəcəsində çıxış edən Niyaməddin Allahverdiyev “Baku Fight Lab” klubunun boksçusu Rəşad Həsənovu məğlub edib. Qeyd edək ki, yarış 29 komandadan 100 boksçunun iştirakı ilə təşkil olunub.