Şəki şəhər sakinlərinin saytımıza verdikləri məlumata görə, Məmmədli Cavidan Abduləziz oğlu bu gün axşam saatlarında Kəlbəcər (və ya Xocavənd) istiqamətində erməni təxribatı nəticəsində şəhid olub.
Şəhidimizin sabah günorta saatlarında Şəki şəhərində dəfn olunacağı bildirilir.
P.S, Xəbər gecə saatlarında gəldiyindən, Müdafiə Nazirliyi ilə dəqiqləşdirmək imkanımız yoxdur. İş saatlarında MN-dən bu barədə məlumat öyrənməyə çalışacağıq.

