

"Mən AZTV"-nin jurnalistiyəm!" deyən şəxs Nərimanoğlu ilə dialoq zamanı hədə-qorxu gəlməkdən, AZTV kimi mötəbər dövlət televiziya kanalının rəhbəri Rövşən Məmmədovun da adını hallandırmaqdan çəkinməyib. Telejurnalist Bakı şəhərindəki "MEYVƏLİ" bazarında bizneslə, Tərtərin Süsənli kəndində və regionun bir sıra rayonlarında 100 hektarlarla ərazidə əkin işləri aparan Şahvələd Bayramovu şəxsən tanıdığını deyib. Fariz İsmayılov yazılanlara üsyan edərək vergidən yayınmaqla əmək qanunvericiliyinin tələblərini pozan iş adamını və əcnəbi vətəndaşlığı olan digər şəxslərin maraqlarını Azərbaycandakı qanun aliliyindən üstün bildiyini açıq bəyan edib.
Təəssüf edirik ki, özünə AZTV-nin əməkdaşı deyən biri şəxsi maraqlara xidmət edir, jurnalist peşə fəaliyyətindən irəli gələn halları nələrinsə müqabilində unudaraq özfəaliyyətə güc verir. Yaxşı olardı ki, AZTV rəhbəri Rövşən Məmmədov da tabeliyindəkinə ağıl öyrədə...(əgər işçisidirsə-red)
Fariz İsmayılovun telefon zəngi ( F. İsmayılova məxsus mobil telefondan - (+994)50-244-94-35 ) və mübhəm davranışı ilə bağlı əlavə araşdırma aparıb polis orqanına da müraciət etməyə çalışacağıq.
AZTV-nin Fariz İsmayılov adlı əməkdaşının olub-olmadığını dəqiqləşdirmək cəhdlərimiz boşa çıxdı...
Demokratik.Az