Gəncənin bir neçə hissəsində piyada keçidlərinin olmaması sakinlər üçün təhlükə mənbəyinə çevirilib.
Sözügedən hal şəhərin Atatürk prospekti ilə Ələkbər bəy Rəfibəyli və Sidqi Ruhulla küçələrinin kəsişməsində müşahidə edilir. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin yanında piyadaların təhlükəsiz hərəkəti heç bir nişan və ya yolun üzərində xətlərlə təmin edilməyib.
Oxşar vəziyyət Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsindədir. Burada marketlər, çörək sexi, aptek, avtoyuma məntəqəsi və s. obyektlər mövcuddur. Sakinlərin sıx hərəkət etdikləri ərazidə piyada keçidi nişanı olsa da, yola “Zebra” xətləri çəkilməyib.
Daxil olan məlumata əsasən, sözügedən yerdə tez-tez qəzalar baş verir. Xətt təxminən bir il bundan
Xəbəri paylaş