Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Separatçı rejimin terrorçu rəhbərinin ailəsi də Xankəndinə qaytarıldı... - FOTO






Azərbaycanın  hələ də bir hissəsi işğal altında qalan Qarabağ torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin üzdəniraq rəhbəri  Araik Arutyunyanın ailəsi də Xankəndinə qayıdıb. 

Bu haqda o, özünün “Facebook” səhifəsində paylaşım edib. Barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun  cinayət işi qaldırdığı və beynəlxalq axtarışa verilmiş A.Arutyunyan bütün dövlət məmurlarına da müraciət edərək  ailələrini “vətənləri”nə qaytarmağa çağırıb. 

Qeyd edək ki, separatçı rəhbərin 3 qızı var.

Xatırladaq ki,  Rusiya sülhməramlıları noyabrın 14-dən bəri Xankəndinə 1700-dən çox erməninin qaytarılmasını təmin edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də