
Gəncə şəhər 39 nömrəli tam orta məktəbdə həyata keçirilən layihənin növbəti qonağı Əməkdar məşqçi, Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Asif Həsənov olub.
Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Baş İdarənin sektor müdiri Rəşad Əlizadə açıq elan edərək, “Çempionumuz” sosial idman layihəsinin mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra Asif Həsənov idman karyerası barədə dinləyicilərə məlumat verib, şagirdlərə idmanla məşğul olmağı, pis vərdişlərdən uzaq durmağı tövsiyə edərək, onları maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda Asif Həsənovun idman fəaliyyəti haqqında videoçarx şagirdlərə təqdim olunub.

