
Gəncədə küçələrin birində kommunal qəza baş verib.
Şəhərin Firdovsi küçəsində su borusu partlayıb. Nəticədə küçə boyu su axır. “Bu vəziyyət iki gündür davam edir. Lakin gəlib təmir edən yoxdur” – deyə, sakinlərdən biri bildirib.
Xatırladaq ki, bir müddət öncə Aida İmanquliyeva küçəsində baş verən kommunal qəza haqda məlumat vermişdik.


