Gəncədə ödənişsiz informasiya texnologiyaları (İT) təlimlərinə qeydiyyat başlayıb. Bu haqda 12 yanvar tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat paylaşıb.
Nazirliyin təşəbbüsü ilə təşkil olunan təlimlər gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə keçiriləcək. İştirak təqaüd proqramı əsasında olacaq. Təlimlər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin Gəncə şəhərində yerləşən tədris mərkəzində baş tutacaq.
Dərslər fevral ayında başlayacaq və 3 ay davam edəcək. Kursu uğurla bitirənlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin sertifikatı ilə təltif olunacaqlar.
Qatılmaq istəyənlər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilər.
Son müraciət tarixi 30 yanvardır.
Xəbəri paylaş