RegionTV.info Milli.Az-a istinadən xəbər verir ki, xanım sənətçi qızınının fotosunu sosial şəbəkə hesabında paylaşaraq doğum günü münasibəti ilə onu təbrik edib.
Əməkdar artist təbrikdə deyib: "Gözəlim, ağıllı qızım, həmişə uğurlarınla məni sevindirdin. Yeni yaşın mübarək, 100 yaşa".
Xatırladaq ki, bir zamanlar əməkdar artistin adı restoran sahibi olan bir iş adamı ilə birgə hallanırdı. Gülüstan Əliyeva sözügedən xoşagəlməz söz-söhbətlə bağlı açıqlamasında demişdi:
"Həmin məkanda başqa müğənnilər olduğu halda mənim haqqımda danışdılar, yazdılar. Mən necə insan olduğumu yaxşı bilirəm. Bu kimi söhbətlər mütləq faktlara söykənməlidir. Hətta indi də dostlarımla zarafatlaşırıq: bir nəfər restoran müdiriylə aramda eşq macərası olub... Biz buna yalnız gülürük".
Qeyd edək ki, sənətçinin bir oğlu da var, o, ailəlidir.