Gəncə Gənclər Evinin metodisti,dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın təqdimatında ebru təliminin birinci hissəsi keçirilib. “Boyaların su ilə rəqsidir Ebru” adlı təlimin açılışında Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə şəhər KOB Dostu Nəzrin Tağıyeva çıxış ediblər. Təlimdə Ebru sənətinin dərinlikləri təlimçi tərəfindən gənclərə nəzəri və praktiki olaraq öyrədilib. 12 Yanvar tarixində yekunlaşacaq təlimdə 50 nəfər gənc bu sahədə öz bacarığını artıraraq Ebru sənətini gələcək nəsillərə ötürməyə çalışacaqlar.
Tədbirin sonunda gənclər sertifikat və diplomlarla təltif olunacaqlar.