
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvləri Mehman Ramazanzadə (kross-kantri) və Daşqın Abbasov (dağ xizəyi) baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 09-23 yanvar 2022-ci il tarixlərində Norveçin Lillehammer şəhərində keçiriləcək Dünya çempionatında iştirak edəcəklər.
Komitdən “RegionTVinfo”ya verilən məlumata görə, yarış Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak üçün lisenziya xalı qazandırır.