
Bu il mənzil bazarında da bahalaşma gözlənilir. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bu fikirdədir. Ekspertin sözlərinə görə, ötən dövrlərlə müqayisədə 2022-ci il evlərin qiymətinin təxminən 15-20 faiz artacağı proqnozlaşdırılır. Bahalaşmaya həm də tikinti materiallarının qiymətlərinin qalxması təsir edə bilər.
Ramil Qasımzadə bildirir ki, alqı-satqıda proqnozlaşdırılan qiymət artımı kirayə mənzil bazarına da təsirsiz ötüşməyəcək.
Ekspertin fikrincə, bahalaşma torpaq bazarında da gözlənilir.