
Jirinovski hesab edir ki, indiki iğtişaşların mənşəyini respublikanın sovet tarixində axtarmaq lazımdır. Onun fikrincə, sovet rəhbərliyi qazaxların çoxəsrlik həyat tərzini dağıdıb: “Onlar köçəridirlər, onlarda maldarlıq yaxşı alınır. Çöllərdə, səhralarda yaşayırdılar və onlar şəhərlərə aparılırdılar. Onlar müqavimət göstərdilər, istəmirdilər, amma Xruşov qərar verib …
V.Jirinovskinin fikrincə, Qazaxıstan böhranı Nikita Xruşovun siyasətinin nəticəsi idi: “…Xruşovun əmri ilə bütün milli respublikalarda rəhbər kadrları yerli kadrlarla əvəz etməyə başlayıblar. Üstəlik, universitetlər, ilk növbədə, yalnız yerli millətin nümayəndələrini – bu halda qazaxları qəbul etməyə başlayıblar “.