
RegionTV "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. Hadisənin onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.