Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda dekabrda hansı sosial şəbəkələr daha çox istifadə olunub

2021-ci ilin dekabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı noyabr ayı ilə müqayisədə 3,1 faiz bəndi artıb. 

"Global Stats" statistika mərkəzinin hesabatına görə, bu ilin yanvarın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 58,3 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 37,8 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub. 

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı dekabr ayı ərzində 4,5 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin yanvar ayının 1-nə 10,35 faiz təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 12,6 faiz bəndi azdır.

Ötən ilin dekabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 1,4 faiz bəndi azalıb. 2022-ci ilin yanvarın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 10,3 faiz bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 8,91, "Twitter" – 7,52 faiz, "VKontakte" – 1,88 faiz, "Tumblr” – 1,6 faiz, və s.

RegionTV.info

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də