Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni əsgərini Bakıda sağaltdılar, İrəvanda isə öldürürlər

2021-ci il noyabrın 16-da Azərbaycanın dövlət sərhədində keçirilən hərbi əməliyyatlar zamanı Ermənistanın təxribatı nəticəsində saxlanılaraq 10 gün sonra Ermənistan tərəfinə təhvil verilmiş hərbi qulluqçu Arin Aramyan İrəvana qayıdarkən saxlanıldıqdan sonra vəziyyəti ağırdır.
Bu barədə “Hraparak” qəzeti yazır.
Hərbçinin vəkilinin sözlərinə görə, Aramyan döyüşlər zamanı ayağından yaralanıb. O, Bakıdakı xəstəxanalardan birinə aparılıb və orada iki dəfə əməliyyat olunub. Ermənistana qayıtdıqdan sonra Muratsan xəstəxanasına yerləşdirilsə də, dekabrın 6-da həbs edilərək istintaq təcridxanasına köçürülüb.
“Dekabrın 8-i və 27-də müstəntiq həbs müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb. Bu müddət ərzində onu bir neçə dəfə təcridxanadan Baş Hərbi İstintaq İdarəsinə aparıblar, baxmayaraq ki, həkim qəti şəkildə bunu qadağan edib. Sonra onu Armavirdəki islah koloniyasına köçürdülər və dəfələrlə müxtəlif dindirmələrə aparıblar”, – vəkil Ara Karapetyan danışıb.
O qeyd edib ki, bu müddət ərzində müdafiə etdiyi şəxsin vəziyyəti kəskin şəkildə pisləşib, bundan sonra o, Penitensiar tibb xidmətinə müraciət edib.
“Tibbi sənədlərdə göstərilir ki, onun ayağı bir ay hərəkətsiz qalmalıdır, bundan sonra isə o, reabilitasiya müalicəsi keçməlidir. O, islah koloniyasında hansı reabilitasiya müalicəsi ala bilər? Məhkumları hətta xəstəxanaya belə aparmırlar. Bu bir neçə gündür ki, davam edir, təsəvvür edin, necə fəsadlar olacaq… sümüklər təmasda olduqda bilirsinizmi necə fəsadlar yaranır? Bu adam ömrünün sonuna kimi əlil qalacaq, bir ayaqla”, – Aramyanın müdafiəçisi bildirib.virtualaz.org

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də