Rusiyalı bloger İrina Vlasova sensasion açıqlama ilə çıxış edib. Alp.az xəbər verir ki, fotobloger kimi məşhur olan İrina Vlasova Qarabağa gedə bilməməsinin səbəbin izah edib.
“Rusiyalı sülhməramlılar insanların Qarabağa qanunsuz səfərinə pul və qiymətli əşyalar müqabilində göz yumur” -deyə Vlasova bildirib.
“Mən bir çox ölkələrdə olmuşam. İşim gözəl bölgələri çəkmək və reklam etməkdir. Bu yaxın zamanda Azərbaycanda olacaq. Amma mən Qarabağa qanunsuz səfər etmək istəmirəm. Bir çox blogerlər qanunsuz olaraq Qarabağa səfər edir. Mən bunu istəmirəm. Məsələn fransız və rus tanışım pul qarşılığında Xankəndiyə keçə bildirlər və çəkiliş etdilər. Mən Qarabağa Azərbaycan vasitəsilə səfər edəcəm”- deyə İrina Vlasova bildirib.
Xəbəri paylaş