
RegionTV.info xəbər verir ki, bu hadisə ötən gün dekabrın 29-da Sabunçu qəsəbəsindəki fərdi evlərdən birində baş verib. Həmin ərazidə yaşayan R.Şıxəliyev adlı sakin iki yaşlı oğlu Məhəmmədin naməlum qadın tərəfindən oğurlandığı haqda hüquq-mühafizə orqanlarını məlumatlandırıb.Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma başlanıb və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Hüquq-mühafizə orqanları bu hadisə barədə əlavə məlumat verəcəklər.