Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda ŞOK! Qadın ərinin gözü qabağında başqa kişilərlə... – Hamamda gizlətdi və...

Bakıda 1981-ci il təvəllüdlü Akif ailə münaqişəsi zəminində arvadı Məlahəti (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, Akif ayrı yaşamalarına baxmayaraq keçmiş arvadı Məlahətlə münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd edib. Məlahət isə bundan imtina edib.
Akif Məlahətin başqa kişilərlə münasibətdə olması, məhz bu səbəbdən onunla nəzakətsiz davrandığını ehtimal edib. O, qısqanclıq niyyəti ilə keçmiş arvadını öldürmək qərarına gəlib.
Sərxoş vəziyyətdə 1 iyul 2021-ci ildə saat 23 radələrində Məlahətin yaşadığı mənzilə gəlib. Növbəti mübahisədən sonra özündə olan bıçağı çıxarıb və 2018-ci il təvəllüdlü oğlu Namiqin gözləri qarşısında Məlahətə çoxsaylı zərbələr vurub. Namiqin araya girməsi səbəbindən növbəti zərbələri yetirə bilməyib, habelə Məlahətin aldığı xəsarətlərdən öləcəyini zənn edib və hadisə yerini tərk edib.
Məlahət ailə üzvləri tərəfindən vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və həyatı xilas olunub.
“Arvadım müxtəlif kişilərlə mənə xəyanət edib”
İstintaq orqanı tərəfindən Akifin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2010-cu ildə Məlahətlə ailə qurub: “Birgə nikahımızdan 2 övladımız dünyaya gəldi. Özüm uzun müddət Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində məişət tullantılarını yığan fəhlə kimi işləmişəm. Hadisədən 6-7 ay əvvəl Məlahətlə qeyri-rəsmi ayrılmışıq.
Məlahət övladlarımızla birlikdə mənimlə eyni həyətdə qonşuluqda yaşayırdı. Özüm isə yaxınlıqdakı anamın evinə köçdüm.
Arvadım tez-tez qonşumuz Nadirin evinə gedir, narkotik vasitə qəbul edir və müxtəlif kişilərlə mənə xəyanət edirdi. Arvadım düzgün yolda olmadığı üçün ondan ayrıldım”.
“Anladım ki, evdə yad kişi var”
Akifin sözlərinə görə, iyunun 30-da axşam saat 22 radələrində yan evdə yaşayan Məlahətin otağından yad kişi səsi eşidib: “Bərk qəzəblənərək evin pəncərəsini döydüm. Lakin Məlahət pəncərəni açmadı.
Daha sonra Məlahət pəncərə arxasından mənə dedi ki, nə var gəlmisən, səni görmək istəmirəm. Həmin an anladım ki, evdə yad kişi var və arvadım məni bu səbəbdən evə buraxmır. Məlahətin bu hərəkətlərinə əsəbləşdim. Qərara gəldim ki, onu öldürüm. Evdəki qara qulplu çörək bıçağını götürdüm və həyətdəki hamamda gizlətdim”.
“Arvadımın hamilə olduğunu bilməmişəm”
Akif qeyd edib ki, iyulun 1-də işdən qayıtdıqdan sonra axşam saat 23 radələrində hamamda gizlətdiyi bıçağı götürüb və Məlahətin yaşadığı evin qapısını döyüb:
“Məlahət qapını açdı, mən həyətə daxil oldum. Çöl darvazanı bağladım ki, hadisənin şahidi olmasın və evə heç kəs girə bilməsin. Qapını bağladıqdan sonra Məlahətə sual verdim ki, evdə dünən kişi olubmu? O, evdə kişinin yox, anasının olduğunu dedi. Bu zaman kiçik oğlum Namiq həyətə çıxdı. Mən isə oğlumu evə çağırdım.
Oğlum evə girəndə evdə qonşunun uşağı Əlini gördüm. Namiq gəldikdən sonra arxa sol cibimdən bıçağı götürərək Məlahətin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Məlahət aldığı zərbələrdən yerə yıxıldı. Bu zaman oğlum yenidən həyətə çıxdı. Lakin bıçaq zərbələri endirdiyim zaman oğlumun hadisənin şahidi olub-olmadığını bilmədim.Məlahətin öldüyünü düşündüm, oranı tərk etdim. Evdə hamama keçərək əl-üzümü yudum. Daha sonra evdən çıxıb yaxınlıqdaki qəbirsitanlığa yollandım. Orada mülki geyimli şəxslər yaxınlaşaraq polis olduqlarını və onlarla birlikdə getməyimi söylədilər. Məlahətin hadisə zamanı hamilə olduğunu bilməmişəm”.
“Məni təhqir etdi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahətin sözlərinə görə, heç yerdə rəsmən işləməsə də, arabir qonşu və qohum evlərinə xadimə olaraq gedib: “Xadimə işləmişəm, çörək pulu qazanmışam, ailəmi dolandırmışam. Akiflə eyni həyətdə yaşamışıq. Həyətdə iki ev yerləşir. Birində Akif, mən və övladlarım, digərində isə Akifin valideynləri və qardaşı Məmməd yaşayıb.
Əvvəllər Akiflə münasibətimiz yaxşı olub, ailə həyatı qurduqlarından bir müddət sonra Akif spirtli içki aludəçisi oldu, mütəmadi spirtli içki qəbul etdi, evdə dava-dalaş saldı, məni təhqirəqamiz ifadələrlə təhqir etdi. Bu barədə polis orqanlarına müraciət etmədim”.
“Ərim mənə əxlaqsız təkliflər edib”
Məlahət qeyd edib ki, 2020-ci ilin əvvəllərində Akifdən artıq ayrılmaq qərarına gəlib: “Bu barədə Akifin ölən atası Vəliyə dedim. Atası da bizim ayrılmağımızı təklif etdi. Həmin söhbətdən sonra Akif valideynlərinin yaşadığı evə köçdü. Mən özüm isə övladlarımla evimizdə yaşamağa davam etdim.
2021-ci ilin aprelinda rəsmən boşandıq. Boşanmalarımıza baxmayaraq Akif mütəmadi olaraq bizi narahat edir, içkili halda evə gələrək məni söyür, əxlaqsız təkliflər edirdi. Mən isə övladlarıma görə onu bağışlasam da, Akiflə evlilik həyatını bərpa etmək istəmədiyimi bildirmişəm”.
“100 manat verim, mənimlə bir yerdə olarsan?”
Məlahət qeyd edib ki, iyulun 1-də axşam saat 23 radələrində evdə olduğu zaman kiçik oğlu Namiq və qonşusu Güldanın 10 yaşlı oğlu Əli olub: “Əli Namiqlə tez-tez oynayır və vaxt keçirir. Həmin axşam da Əli bizdə idi və gecə Namiqlə qalmaq qərarına gəldi.
Həmin vaxt evin qapısı döyüldü. Qapıya yaxınlaşdım, kim olduğunu soruşdum. Akif səs çıxardı. Qapını açaraq Akifi içəriyə, həyətə buraxdım. Akif çöl darvazanı bağladı. “Noldu, nə fikirləşdin, Məlahət, barışmaq istəmirsən?” - deyə mənə sual verdi. Mən isə ona: “Sən bir öz vid-fasonuna bax, sərxoş halda aşa-aşa gəlmisən evimə” cavab verdim.
Bu zaman mənə: “100 manat verim, mənimlə bir yerdə olarsan?” dedi, əxlaqsız təklif etdi. Mən də Akifə “ayıb olsun, mən sənin üçün əxlaqsız pozğun qadınam bəyəm?” - deyərək cavab verdim”.
“Anama məlumat verdim”
Zərərçəkmişin ifadəsinə görə, bu zaman həyətə övladı Namiq çıxıb: “Akif Namiqi öpdükdən sonra evə girməyini, guya onun üçün pampers almağa pul verəcəyini söylədi. Namiq evə keçdikdən sonra Akif evin qapısını örtdü. Sol əlini cibinə salaraq sağ əli ilə boğazımdan tutdu, özünə tərəf fırlatdı, qəflətən qarın nahiyəmdən bir neçə bıçaq zərbəsi vurdu.
Özümü müdafiə etmək üçün Akifi sol ayağımla itələdim. Bunu gördükdə sol ayağıma bir neçə xəsarət yetirdi. Oğlum Namiq aramıza girdi. İtələyərək onu qırağa çəkdim ki, oğluma bıçaq xəsarətləri dəyməsin.
Namiqin aramza girməsi Akifə yenidən zərbələr endirməyə maneçilik yaratdı. Eyni zamanda Akif bıçaq xəsarətlərin məni öldürmək üçün yetəri olduğunu, artıq öldüyümü zənn etdi, zərbələri dayandıraraq getdi. Bir təhər özümdə güc topladım, qapını kilidləyərək mobil telefon vasitəsi ilə hadisə barədə anama məlumat verdim.
Bir müddət sonra isə təcili tibbi yardım gələrək məni xəstəxanaya apardılar”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb.
Akif 14 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də