
RegionTV.info xəbər verir ki, professor Endryu Bouman apardıqları araşdırmalarda maralların sağlamlıq üçün təhlükə yarada biləcəyini söyləyib. İddia olunub ki, bu canlılar SARS-CoV-2 daşıyıcısıdır.
6 fərqli bölgədə 360 canlını araşdıran mütəxəssislər 3 fərqli mutasiya aşkar edildiyini bildiriblər. "Nature" jurnalında dərc olunan və ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən araşdırmada vəhşi marallarda antikorların tapıldığı da deyilib.
Mütəxəssislər tədqiqatın 2021-ci ilin yanvar-mart ayları arasında aparıldığını bildiriblər.
Endryu Bouman virusun marallarda mutasiya edə biləcəyini ifadə edərək mümkün risk barədə xəbərdarlıq edib.