
RegionTV.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov ölkədəki epidemioloji vəziyyəti qiymətləndirərkən deyib.
O bildirib ki, yeni ştam Azərbaycana da gələcək və buna hazırlıqlı olmalıyıq:
"Omicron" ştamı Azərbaycana da gələcək. Biz bunun üçün nə etməliyik? Bunun üçün əlavə üsul icad olunmayıb. Əhalinin məsuliyyəti vacib şərtdir. 2 il ərzində dediyimiz qaydalara əməl olunmalı, sıxlıq olan yerlədə az toplaşmalı, maskalardan istifadə etməli, otaqlarda havanı tez-tez dəyişdirməliyik. Bu qaydalara əməl olunsa, əhali vaksinasiyada iştirak etsə, buster doza vurulsa, xəstələnmə hallarının, ağırlaşma hallarının azalmasına gətirib çıxara bilər. Bütün dünyada virusların qarşısı vaksinasiya yolu ilə alınır".