
Bu gün Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli açılır.Türkiyənin şərqində açılacaq "Pırınkayalar" tuneli yeni nəqliyyat arteriyasına çevriləcək.
Tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək və 2 246 m uzunluğa malikdir.
Açılış mərasiminin iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında müraciət edəcək.
Yeni tunel Türkiyə-Gürcüstan sərhədi istiqamətində yolun vacib hissəsini təşkil edəcək. Bununla da Anadolunun şimal-şərqində yerləşən dağlıq rayonları vasitəsilə yük daşımaları asanlaşacaq.
Məqaləyə dair fotomateriallar:


