
RegionTV.info xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur:
“İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur.
Yəni ikinci dozadan 6 ay sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur. Fevralın 15-dək bütün vaksin pasportları qüvvədədir”.