Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Yeni QƏRAR VERİLDİ: Bundan sonra Şuşa və Hadrutda…

Azad olunmuş ərazilərdə teleradio yayımı üçün tezliklər müəyyənləşib.
RegionTV.info xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2021-ci il üzrə hesabatında öz əksini tapıb.
Bildirilib ki, azad olunmuş ərazilərdə yerüstü rəqəmsal televiziya yayım şəbəkəsinin qurulması məqsədilə müvafiq hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb. Şuşa və Hadrut radioteleviziya yayım stansiyalarından televiziya yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş olan tezliklər müəyyən olunub, müvafiq əhatə zonasını təmin edə biləcək televiziya vericilərinin gücləri hesablanıb, gələcəkdə qurulacaq radioteleviziya antennaları üçün qüllənin forması və hündürlüyü haqqında təkliflər verilib. Hesablamalar zamanı Ermənistan Respublikası ərazisindən yaradıla bilən interferensiyaların səviyyələri də nəzərə alınıb.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə radio yayım şəbəkəsinin qurulması üçün hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb. Şuşa, Hadrut, Cəbrayıl, Kəlbəcər, Qubadlı və Laçın radio-televiziya yayım stansiyalarından radio yayımının aparılması üçün ərazinin diapazon üzrə tezlik toru araşdırılıb, istifadəyə yararlı boş olan tezliklərin siyahısı çıxarılıb, tələb olunan əhatə zonasını təmin edə biləcək radioyayım vericilərinin gücləri hesablanmış və bütün ümumölkə radioyayım proqramları üçün Şuşa və Hadrut radioteleviziya yayım stansiyalarından yayım üçün işçi tezliklər ayrılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də