Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

KT və MRT-nın fərqi - Hansı daha az şüalıdır?

Hazırda çox həkimlər ilkin diaqnozu dəqiqləşdirmək məqsədi ilə KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası) kimi dəqiq və müasir müayinələrdən istifadə olunur.
RegionTV.info bildirir ki, bir çox insanların fikirinə görə, bu müayinələr bir birinə bənzəyir. Lakin bu heç də belə deyil. Əksinə bu müayinələrin arasında olan fərq çox böyükdür.
KT zamanı rentgen şüalanma istifadə olunur. Tomoqrafın skaneri insanın bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdən çoxsaylı rentgen şəkilləri çəkir. Daha sonra bu şəkillər kompüter vasitəsi ilə cəmləşir və işlənir ki, nəticədə müayinə olunan orqan və ya bədən hissəsinin 3-ölçülü təsviri alınır.
MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomları maqnit sahəsinin istiqamətində "düzülür". Apparat elektromaqnit impulsları göndərir. Atomlar bu impulslara "cavab verir", siqnallar göndərir (buna "rezonans" deyilir). Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir. MRT bu siqnalları toplayır və onlardan 3-ölçülü təsvirləri yaradır.
Bəzən xəstələr həkimlərə belə sual verir: hansı müayinə daha yaxşıdır, daha dəqiqdir - KT yaxud MRT? Bu suala birmənalı cavab vermək mümkün deyil. Bu metodların hər ikisində müəyyən üstünlüklər və müəyyən nöqsanlar var. Bəzən KT-nın istifadəsi daha effektlidir, bəzən isə yalnız MRT-nın istifadəsi dəqiq nəticə verə bilər. Bəzi hallarda isə həkim xəstəyə həm KT həm də MRT təyin edə bilər.
MRT daha yaxşı yumşaq toxumaları "görür" (əzələlər, beyin, onurğa sütunu fəqərələri arası disklər, damarlar və s.). Lakin MRT sümüklərdə olan kalsiumu "görmür". KT isə sümük toxumasını daha yaxşı "görür". Bu səbəbdən sümüklərin müayinəsi üçün adətən KT və ya rentgenoqrafiya istifadə olunur.
MRT orqan və toxumalarda gedən dinamik proseslərin müayinəsində (məsələn, qan dövranı və onun pozulmaları) xüsusilə effektlidir.
MRT neyrocərrahiyyədə və nevrologiyada geniş istifadə olunur (köhnə beyin travmaları, insult (gecikmiş mərhələlərdə), baş beyini və onurğa beyini şişləri və s.).
KT sümük zədələmələri və travmalar zamanı ən effektli müayinə üsuludur. Bundan əlavə KT-da təzə qanaxma aydın görünür ki, bu səbəbdən KT baş, döş qəfəsi və qarın boşluğu travmaları və insult (ən erkən mərhələsində) zamanı istifadə olunur.
Beləliklə, MRT-nın istifadəsi bu kimi pozulmalar zamanı daha effektlidir:
- yumşaq toxumalarda olan şişlər və şişəbənzər törəmələr;
- hipofizin şişləri,
- baş beyini və onurğa beyini qişalarının və toxumalarının patologiyaları və zədələmələri,
- insult (gecikmiş mərhələdə), dağılmış skleroz, beyin toxumasının iltihabı, beyin şişləri;
- əzələlər, oynaqlar və bağların zədələmələri, onurğa sütununun fəqərələri arası disklərin yırtıqları,
- onkoloji prosesin mövcudluğu və onun yayılması.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də