Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qanunsuz stimullaşdırıcı lotereyaları reklama görə cərimə müəyyənləşir

Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə cərimə müəyyənləşir.
RegionTV.info bildirir ki, bu, sabah Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də