
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini Dəyanət Əliyev həmin kənd ərazisində saxlanılıb. Daha sonra RPŞ-yə gətirilən D.Əliyevin rayonun Sor-sor kəndində odlu silah gizlətdiyi müəyyən edilib.
Davam etdirilən tədbirlərlə onun kənd ərazisində gizlətdiyi atəşə yararlı vəziyyətdə olan AK-74 markalı "Kalaşnikov" aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

