
RegionTV.info bildirir ki, Şanlıurfanın cənub-şərqindəki sənaye zonasında peyvəndin seriya istehsalı davam edir.
150 min dozalıq vaksinin ilk partiyası paytaxtın Esenboğa hava limanı ərazisindəki dərmanların saxlanma anbarlara çatdırılıb.
İnaktiv peyvənd 2-8 dərəcə temperaturda xüsusi qablarda daşınır.
Təkrar analiz və sınaqlardan sonra vaksinlər ölkənin vilayətlər üzrə paylanacaq. Prosesin gələn həftəyə qədər başa çatdırılması planlaşdırılır.