Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Semaşko" işıqsız qaldı: Ağır xəstələrin...

Bu gün saat 11:30 radələrində Kliniki Tibbi Mərkəzi (KTM) elektirik enerjisi ilə təmin edən yüksək gərgilikli hava xəttində açılma baş verib və elektirik enerjisi təxminən 10 dəqiqə sonra, saat 11:40-da tam bərpa olunub.
RegionTV.info xəbər verir ki, bu barədə lent.az-a KTM-nin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
Qeyd olunub ki, mərkəzin bütün şöbələrində və ya korpuslarında ümumiyyətlə elektirik enerjisinin olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır: "Bildiririk ki, Kliniki Tibbi Mərkəzin ümumilikdə 5 ədəd elektirik generatoru var və həmin zaman onlardan yalnız biri işə düşməyib. Bu da Mərkəzin Poliklinika şöbəsinin işinə təsir edib. Ağır xəstələrin olduğu digər şöbə və bölmələrdə elektirik enerjisinin verilişində problem yaşanmayıb. Bir daha bildirir ki, elektirk enerjisinin verilişində baş verən qısa fasiləli problem Kliniki Tibbi Mərkəzin fəaliyyətinə, mərkəzdə olan ağır xəstələrin vəziyyətinə heç bir təsir etməyib".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də