Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təqaüdlə bağlı əhaliyə ŞAD XƏBƏR-Yanvar ayından etibarən...

Ölkədə uzun müddətdir ki, gözlənilən yeni sosial paket - yeni islahatlar nəhayət ki, açıqlandı. Gələn ildən etibarən tətbiq ediləcək islahatlar əhalinin 2,1 milyonunu əhatə edəcək. Yeni sosial paketin tətbiqi üçün isə, ilk dəfə olaraq dövlət büdcəsindən 1,5 milyard vəsait ayrılıb. Bu da o deməkdir ki, əhalinin sosial təminatının gücləndirilməsi ölkə rəhbərliyi üçün prioritet məsələdir. Sosial paketdə minimum əmək haqqının artırılması, əlillik müavinətləri, əmək haqlarının və pensiyaların artırılması nəzərdə tutulub. 
İqtisadçı, deputat Vüqar Bayramov RegionTV.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda sosial paketin reallaşması üçün 1,4 milyard manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Belə ki, yeni sosial paket 2 milyondan çox vətəndaşa şamil ediləcək. İstər minimum əmək haqqı, istərsə də dövlət büdcəsindən maliyyələşən sektorda çalışan vətəndaşların əmək haqqına edilmiş artımlar bir daha sübut edir ki, yeni sosial paket geniş əhatəlidir. Bura sosial baxımdan həssas hesab edilən kateqoriya vətəndaşların dəstəklənməsi ilə yanaşı, digər sektorlarda, o cümlədən dövlət büdcəsindən maliyyələşən sferalarda çalışan vətəndaşlarında əmək haqqının artırılması daxildir. Yəni, əhatəli olaraq sosial təminat yaxşılaşdırılır.
Vüqar Bayramov  
2022 -ci ilin dövlət büdcəsində sosial xərclərin 46,4 faizə qədər yüksələcəyini qeyd edən deputat bildirir ki, bu da Azərbaycanın müstəqillik dövründə ilk dəfə olaraq sosial xərclərin büdcə xərclərindəki həddi 45 faizlik limit həddini aşmış olur.
“Dövlət büdcəsindən bu qədər vəsaitin ayrılması sosial təminatın gücləndirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin önəmli olduğunu bir daha biruzə edir” - deyən deputat vurğualyıb ki, bu eyni zamanda Azərbaycanda rifah dövlətinin gücləndirilməsi ilə bağlı aparılan islahatların istiqaməti kimi xarakterizə edilir. Yeni sosial paketin maliyyələşdirilməsi ondan xəbər verir ki, ölkə rəhbərliyi vətəndaşlarn sosial təminatının gücləndirilməsini prioritet məsələ hesab edir. Bununla bağlı vəsaitlərin ayrılması, pandemiyanın davam etməsinə baxmayaraq sosial proqramların maliyyələşdirilməsi və sosial proqramların ertələnməməsi siyasi iradənin tərənnümüdür.
Deputat qeyd edir ki, minimum əmək haqqının artırılması təkcə dövlət qurumlarında çalışan deyil, eyni zamanda özəl sektorda çalışan vətəndaşlarında gəlirlərinə təsir edəcək.
“Minimum əmək haqqı həm dövlət, həm də özəl təşkilat və idarələrdə verilən əmək haqqının minimum əmək haqqı məbləğindən aşağı verilməsini qadağan edir. Bu da həm özəl, həm dövlət, həm də sosial və ictimai proqramlarda çalışan vətəndaşların əmək haqqlarının artması deməkdir” - deyə qeyd edən V.Bayramlı bildirib ki, bu artımlar təkcə əmək haqlarında deyil eyni zamanda pensiyalar və digər sosial müavinətlər artılır. Nəzərə alsaq ki, birbaşa əmək haqqı və təqaüd, o cümlədən müavinətlərin artırılması yanaşı, həm də sosial proqramlarda ayrılan vəsaitin həcmində də artımlar olacaq. 2022-ci ildə yaşayış minimumumun 210 manata çatdırılması, ehtiyac meyarının 170 manatdan 200 manata çatdırılması sosial proqramlarda gəlir əldə edəcək yalnız əmək haqqı deyil, vətəndaşların digər gəlirlərində artımlara gətirib çıxarır.
Deputat həmçinin bildirirb ki, ünvanlı sosial yardım proqramında artıq aylıq ödənilən məbləğin həcmində gələn aydan etibarən artımlar müşahidə olunacaq: “Yanvar ayından etibarən pensiyaların indeksasiyası həyata keçiriləcək. Bu, əmək pensiyası məbləğlərinin artması anlamına gəlir. Əmək pensiyaları tam olaraq indeksikasiya olunacaq ki, bu da gələn aydan pensiya məbləğlərində artımlarla müşahidə ediləcək”.
V.Bayramlı vurğulayıb ki, artımlar 2022-ci il və növbəti illərdə də davam etdiriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də