Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanda “omikron”a yoluxanların sayı 30-a yaxınlaşıb

Gürcüstanda "omikron"a yoluxanların sayı 30-a yaxınlaşıb.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze Birinci kanalın efirində bildirib.
Onun sözlərinə görə, Gürcüstanda koronavirusun "Omikron" ştamına 5 yeni yoluxma qeydə alınıb.
İndiyədək ölkədə yeni ştama 29 yoluxma halı təsdiqlənib və bütün hallarda xəstəlik yüngül formada keçir.
Baş epidemoiloq Gürcüstanda "omikron"a yoluxma faktlarının artacağını proqnozlaşdırıb.Qeyd edək ki, qonşu ölkədə COVID-19-un mutasiya etmiş növünə ilk 2 yoluxma halı dekabrın 20-də təsdiqlənib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də