
RegionTV.info xəbər verir ki, "Lili" Diana Mauntbetten-Vindzorun şəkli ailənin bayram açıqcasında çap olunub. Harri ilə Meqanın 2 yaşlı oğlu Arçinin də yer aldığı şəklə yazılıb:
"2021-ci ildə qızımız Lilibetin gəlişini qarşıladıq. Arçi bizi "ana" və "ata" etdi, Lili isə bizi ailə etdi... 2022-ci ili səbirsizliklə gözləyərkən, Əfqanıstandan köçürülənlərdən tutmuş ailələri qoruyan bir neçə təşkilata ianələr etdik".
Qeyd edək ki, Lilibet 2021-ci il 4 iyunda dünyaya gəlib. Uşağa ad ailə ləqəbi Lilibet olan ulu nənəsi Kraliça II Elizabetin şərəfinə verilib.
