Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu qandurulaşdırıcı Omikronun dərmanı ola bilər - ARAŞDIRMA

Dünyada ən çox istifadə edilən dərmanlardan biri olan qan durulaşdırıcı "Heparin"i burun spreyinə çevirən avstraliyalı elm adamları, dərmanın COVID-19-dan qoruya biləcəyini öyrənmək üçün sınaq araşdırması aparırlar.
RegionTV.info xəbər verir ki, bir çox elmi mərkəz tərəfindən birgə aparılan araşdırmalar müvəffəqiyyətli olarsa, insanlar "Heparin"dən istifadə ilə virusdan qoruna biləcəklər.
Sınaq işlərinin 2022-ci ilin ortalarına qədər davam edəcəyi və təsirli olduğu təqdirdə dərmanın peyvəndlərlə birlikdə istifadə ediləcəyi açıqlanıb.
Qeyd olub ki, dünyada ən çox istifadə edilən ikinci dərman olan qan durulaşdırıcı "Heparin" virusun hüceyrələrə yerləşməsinin qarşısını almaqda müvəffəqiyyətli olacaq.
Açıqlamada Omikron variantı da daxil olmaqla digər variantlara qarşı təsirli olacağı gözlənilən və burunda qoruyucu təbəqə yaradaraq virusun ağciyərlərə keçməsinin qarşısını alacaq spreyin 340 ailədə sınaqdan keçiriləcəyi deyilir.
Hökumət klinik sınaqların aparılması üçün təxminən 3 milyard ABŞ dolları pul ayırıb.
Otaq temperaturunda 3 aydan çox qala biləcək spreyi gündə iki dəfə, yaxud üç dəfə hər burun dəliyinə tətbiq etmək mümkün olacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də