Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bizim ölkədə koronavirus yoxdur - Türkmənistan prezidenti

RegionTV.info
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkədə COVID-19 pandemiyası ilə əlaqədar "profilaktik tədbirlərin gücləndirilməsi" barədə göstəriş verib.Eyni zamanda, dövlət başçısı əmin edib ki, ölkədə bir dənə də olsun koronavirusa yoluxma halı qeydə alınmayıb.
Berdiməhəmmədov qeyd edib ki, bu nəticə aparılan "genişmiqyaslı işlər" sayəsində mümkün olub. Eyni zamanda, o əlavə edib ki, koronavirusun "Omikron" ştammının yaranması ilə əlaqədar ölkə əhalisi arxayınlaşmamalıdır.
Xatırladaq ki, 2021-ci ilin iyulun əvvəlində Türkmənistanda 18 yaşdan yuxarı bütün sakinlər üçün məcburi peyvənd olunma kampaniyasına start verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də