Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarabağın bərpasında 14 Rusiya şirkəti iştirak etmək istəyir



Qarabağın bərpasında 14 Rusiya şirkəti iştirak etmək istəyir

"Qarabağda layihələrin həyata keçirilməsi üçün Rusiya şirkətlərindən 14-ü ərizə verib. Layihələrin ixtisaslaşması ticarət, tikinti, sənaye və kənd təsərrüfatı sahələrinə yönəlib".
Bu barədə TASS-a Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyindən məlumat verilib.
“Araz Vadisi İqtisadi Zonası” sənaye parkında “Kamaz” müştərək xidmət mərkəzinin və Gəncə Avtomobil Zavodunun yaradılması nəzərdə tutulur.
Həmçinin, İNNOPRO QSC Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi layihəsində iştirak edir. Şirkətin müqavilə üzrə xidmətlərinin dəyəri 12 milyon manatdır (520 milyon rubldan çox).
Bundan əvvəl, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Rusiya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilməsi üçün Azərbaycana 13 layihə təqdim ediblər. Onun sözlərinə görə, bu ilin 10 ayında Azərbaycan-Rusiya ticarət dövriyyəsi 7% artaraq 2,35 milyard dollara çatıb.
RegionTV.info

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də