Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılan kurslarda “Mühafizəçi” və “Ofisiant” peşələri üzrə təlimlər keçiriləcək. 6 saylı Ərazi məşğulluq filialı ilə “İmperial” restoranlar şəbəkəsi və “Vətən-N Mühafizə Xidməti” MMC şirkəti arasında müqavilə imzalanıb. Sənədə əsasən, 24 işsiz şəxs kurslara cəlb olunub.Təlimlərin müddəti 1 aydır. Uğurla bitirən şəxslər müvafiq olaraq həmin sahədə işlə təmin olunacaqlar.


