
Hadisə noyabr ayında qeydə alınıb.
Belə ki, İ.Ağayevə məxsus inşaat materialları mağazasından ümumilikdə 65 min manat oğurlanıb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın mühasibi Ruslan Mustafayev saxlanılıb.
İstintaqda ifadə verən R.Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə və bahalı hotellərdə gecələməyə xərcləyib.
RegionTV.info